"Zirə"nin təlim-məşq toplanışının yeri müəyyənləşdi

"Zirə"nin təlim-məşq toplanışının yeri müəyyənləşdi
"Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün iyulun 16-da Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən hərbi-siyasi hadisələr səbəbindən komanda səfərə çıxmadı. 
Belə ki, paytaxt təmsilçisinin getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınmışdı. Buna görə də klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar vermişdi.
Ancaq son anda klub rəhbərliyi qərarını dəyişib. Sport7.az saytına daxil olan məlumata görə, Adil Şükürovun komandası yeni mövsümə elə Boluda hazırlaşacaq. Komanda üzvlərinə bu gün bilet alınmalıdı. "Zirə"nin iyulun 20-də qardaş ölkədə hazırlığa start verəcəyi gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər