"Zirə"nin rəqibi İtaliya klubunun oyunçusu ilə gücləndi

"Zirə"nin rəqibi İtaliya klubunun oyunçusu ilə gücləndi

"Zirə"nin AVropa Liqasının I mərhələsində rəqibi olan Moldovanın "Şerif" klubu heyətinə yeni oyunçu qatmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Lorentso Lepore özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. 

İtaliyanın B seriyası təmsilçisi "Piza"ya məxsus olan xorvatiyalı sol cinah müdafiəçisi Roko Yureşkin Tiraspol klubu ilə anlaşıb. 23 yaşlı futbolçu 2022-ci ilin yayında "Piza"ya keçsə də, son iki mövsümü icarə əsasında "Spetsia" və "Benevento"da oynayıb.

Başa çatan mövsümdə Roko "Spetsia"da cəmi 3 oyun keçirib. O, əvvəlcə qasıq yırtığından uzun müddət müalicə olunub, sonra çiynindəki zədədən əziyyət çəkib. 

“Şerif” Yureşkinlə 2 illik müqavilə imzalamağa hazırlaşır, “Piza” isə futbolçunun gələcək satışından 25 faizini alacaq. Rokonun bu gün “Şerif”də tibbi müayinədən keçəcəyi bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər