"Zirə"nin hücumçusunun yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

"Zirə"nin hücumçusunun yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

"Zirə"nin hücumçusu Şahmar Aşurovun karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar"ın əvəzedici komandasının 21 yaşlı oyunçusu 1-ci Liqada mübarizə aparan "Mingəçevir"lə anlaşmağa yaxın olsa da, bölgə klubunun təklif etdiyi şərtlər onun fikrini dəyişməsi ilə nəticələnib.

Hazırda doğulduğu Qazaxda olan Şahmar digər 1-ci Liqa təmsilçisi "Difai"yə keçməyə yaxındır. Belə ki, tərəflər ilkin razılıq əldə ediblər.

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər