Ölkə çempionatının VII turunun açılış matçında yekun hesabı müəyyənləşdirən Viktor İqbekoyi sıradan çıxıb. “İnter”lə az öncə başa çatan matçın (1:1) əlavə vaxtında fərqlənərək, “Zirə”ni məğlubiyyətdən xilas edən nigeriyalı yarımmüdafiəçi zədələnib.
O, qol sevincini çılğın şəkildə qeyd edərkən, sol ayağının əzələsi dartılıb. Nəticədə futbolçunu meydandan kənara xərəkdə çıxarmalı olublar.
İqbekoyi meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, həmin vaxt “Zirə”nin əvəzetmə şansı qalmadığından, qonaqlar son saniyələri 10 nəfərlə keçiriblər. (Apasport.az)
Fanat.Az