"Zirə" mövsümün əvvəlində komandaya cəlb edilən Nelson Bonilla ilə başa çatan müqavilənin müddətini yeniləyib. Fanat.az xəbər verir ki, tərəflərin razılığına əsasən yenidən 1 illik sözləşmə imzalanıb.
Ancaq bu sözləşmə daha çox paytaxt klubunun işinə yarayacaq. Belə ki, salvadorlu futbolçu növbəti mövsümdə "Zirə"nin şərəfini qorumayacaq. Sport7.az-ın əldə etdiyi özəl məlumata görə, Bonillaya Portuqaliya klubundan təklif var. Düzdü, forvardın xidmətindən hansı klubun maraqlı olduğunu dəqiqləşirə bilmədik. Ancaq dəqiq olan odu ki, bu keçid üçün Portuqaliya klubu "Zirə"yə 100 min avro ödəyəcək.
Qeyd edək ki, forvard başa çatan mövsümdə 14 qolla yadda qalıb.
Fanat.az