"Zirə"nin futbolçusu Nelson Bonilla Salvador millisində növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, forvard Peruya qarşı oynayıb.
Salvador yığmasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşan oyunda Bonilla start heyətində yer alıb və sonadək meydanda olub. O, 81-ci dəqiqədə komandasının yeganə qolunu vurub.
Fanat.az