Azərbaycan Premyer Liqasının 14 qolla bombardiri olan "Zirə"nin hücumçusu Nelson Bonilyaya Serbiyadan təklif var. Bu barədə sport7.az saytı xəbər yayıb. Həmin saytın xəbərinə görə, Serbiya nəhənglərindən olan "Partizan" Salvador millisinin üzvünə ilinə 300 min avro təklif edir.
Qaynarinfo.az isə bunu dəqiqləşdirmək üçün futbolçunun özü ilə əlaqə saxlayıb. 25 yaşlı Bonilya bundan xəbərsiz olduğunu bildirib: "Açığı, ilk dəfə sizdən eşidirəm ki, "Partizan" kimi nəhəng klub mənimlə maraqlanır. Bu mənim özüm üçün yaxşı xəbərdir. Təəccüb içindəyəm. Lakin məndə belə bir informasiya yoxdur. Bəlkə də bu təkliflə menecerimə müraciət ediblər. Amma mənim bundan xəbərim yoxdu".
Qeyd edək ki, Nelson Bonilya ilə "Qarabağ"ın da maraqlandığı bildirilir. Bəlli səbəblərdən avrokuboklarda iştirak edə bilməyəcək "Zirə"nin bu futbolçunu "Qarabağ"a icarəyə verəcəyi istisna edilmir. Çünki futbolçunun "Zirə" ilə hələ 1 illik də müqaviləsi mövcuddu.
Fanat.az