"Zirə"nin final ərəfəsində məşqini media mənsubları da izlədilər

"Zirə"nin final ərəfəsində məşqini media mənsubları da izlədilər

Bizon Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək "Zirə" bu gün "Palms Sports Arena"da məşqə çıxıb.

Fanat.Az-ın əməkdaşının da izlədiyi məşq prosesinin ilk 15 dəqiqəsini media mənsubları üçün açıq olub.

Rəşad Sadıqovun komandasının isinmə hərəkətlərini müşahidə edən jurnalistlər qapıçıların top hissiyatının artırılmasına hesablanmış texniki çalışmala da baxıblar.

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər