"Zirə"nin braziliyalısı yubiley qoluna imza atdı

"Zirə"nin braziliyalısı yubiley qoluna imza atdı

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 30-cu turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər