"Zirə"nin bir oyunu təxirə salındı, digərinin yeri dəyişdirildi

"Zirə"nin bir oyunu təxirə salındı, digərinin yeri dəyişdirildi

Misli Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.

Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı yayıb.

"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.

Bundan əlavə, IV turunda “Şamaxı” – “Zirə” matçı ilə XII turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər