"Zirə"nin Avropa macərasını rumınlar bitirdi

"Zirə"nin Avropa macərasını rumınlar bitirdi

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.Az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycan təmsilçisis “Zirə” də cavab oyununa çıxıb.

Qəsəbə təmsilçisi öz meydanında “Astra”nı qəbul edib. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirə bilməyib. Səfərdə 1:3 hesabı ilə yenilən "Zirə" evdə "sülh"ə razılaşıb - 0:0. Bununla da komanda Avropada mübarizəni dayandıran ilk təmsilçimiz olub.

 

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

20 iyul

Zirə (Azərbaycan) - Astra (Rumıniya) 0:0

Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov (7. Orxan Əliyev, 72), 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İbokoye (99. Nicat Qurbanov, 60), 14. Qabriel Matey (39. Sadiq Quliyev, 84), 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonyayev.

Baş məşqçi: Ayxan Abbasov.

Astra: 23. Plemen İlyev, 4. Markus Vidal (71. Andrey Pitian, 79), 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita (96. Silvio Balauri, 69), 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu (9. Antoni Le Tallek, 58).

Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 20. Robert Valseanu, 95. Romario Moise.

Baş məşqçi: Eduard Yordanesku.

Sarı vərəqələr: Milan Dyuriç, 31. Riçard Qadze, 39. Viktor İbokoye, 57 - Aleksandru Yonita, 47. Viorel Nikoara, 48. 

Hakimlər: Georgi Vadaçkoria, Zaza Menteşaşvili, Giorgi Elikaşvili, Qoqa Kikaçeyşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).

Hakim-inspektor: Sergey Zuyev (Rusiya).

Bakı. “Dalğa Arena” stadionu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər