"Zirə"nin sabiq futbolçusu Nelson Bonillanın yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, El Salvador millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, Bonilla PTT 1-ci liqada çıxış edən "Böyükşəhər Qaziantepspor"a keçib. Bu barədə klubun prezidenti Osman Toprak məlumat verib. Amerikalı futbolçu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bonilla 2015/16 mövsümündə "Zirə"də çıxış edib. Azərbaycan klubunun heyətində 31 rəsmi oyuna çıxan futbolçu 17 qol vurub. Premyer Liqada 14 qol vuraraq bombardirlər yarışında ikinci olub. "Transfermarkt"ın məlumatına görə, "Zirə" onu Rumıniyanın "Viitorul" klubundan 25 min avroya alıb və "Nasional"a 100 min avroya satıb.
Fanat.Az