"Zirə"nin 100 minə satdığı futbolçu klubundan ayrılır

"Zirə"nin 100 minə satdığı futbolçu klubundan ayrılır

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilla klubunu dəyişmək qərarına gəlib. Fanat.Az xəbər verir ki, salvadorlu hücumçu Portuqaliyanın "Nasional" klubundan ayrılmaq istəyir.

Bu barədə 27 yaşlı hücumçu özü qərar verib. Buna səbəb onun mütəmadi olaraq meydana çıxmaması olub. Karyerası ərzində ilk dəfə 10-12 oyunda ehtiyatda qaldığını bildirən Bonilla 2,5 illik müqaviləsi olan klubun onu buraxmasını xahiş edib: "Avropanın müxtəlif liqalarından təkliflər var. Menecerimdən cavab gözləyirəm".

Qeyd edək ki, Bonilla 2015/16 mövsümündə "Zirə"də çıxış edib. Azərbaycan klubunun heyətində 31 rəsmi oyuna çıxan futbolçu 17 qol vurub. Premyer Liqada 14 qol vuraraq bombardirlər yarışında ikinci olub.

Cari mövsümün əvvəlindən "Nasional"ın formasını geyinən salvadorlu futbolçu 16 rəsmi oyunda cəmi 642 dəqiqə oynayıb və 2 qol vura bilib.

"Transfermarkt"ın məlumatına görə, "Zirə" onu Rumıniyanın "Viitorul" klubundan 25 min avroya alıb və "Nasional"a 100 min avroya satıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər