"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

"Zirə"dən ayrılan Akim Latifunun yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, Nigeriya millisinin sabiq üzvü karyerasını Macarıstanda davam etdirəcək.

Belə ki, 27 yaşlı sağ cinah müdafiəçisi Budapeştin “Honved” klubuna keçib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016/17 mövsümünün qış fasiləsində "Alanyaspor"dan "Zirə"yə keçmişdi. Premyer Liqada 11 oyuna çıxan futbolçu 1 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər