"Zirə" yeni transferlərini sifariş edib. Fanat.Az xəbər verir ki, Bakı klubunun heyətinə qatdığı iki futbolçunun adı Peşəkar Futbol Liqasındakı sifariş ərizəsinə salınıb.
Artıq yeni transferlərin forma nömrələri də bəllidi. "İnter"i "Zirə"yə dəyişən paraqvaylı yarımmüdafiəçi yeni klubunda 20 nömrəli formanı geyinəcək. "Qarabağ"dan transfer olunan Cavid Tağıyev isə "92"ni seçib.
Fanat.Az