Topaz Premyer Liqasında 2015/16 mövsümünü ikinci pillədə başa vuran "Zirə" növbəti mövsüm üçün ilk transferini reallaşıdırıb.
Fanat.az futbol11.az-a istinadən xəbər verir ki, "qartallar" ötən mövsümü "Rəvan"ın heyətində keçirən Yasin Həmidi rənglərinə bağlayıb. Artıq tərəflər arasında razılıq əldə olunub və bu gün 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yasin Hamid qış fasiləsindən "Rəvan"da çıxış edir. Bakı klubunda 17 rəsmi oyun keçirən Misir əsilli ukraynalı hücumçu 4 qol vurub. 23 yaşlı futbolçu Ukraynada "Xarkov", "Metallurq" (Donetsk) və "Stal" klublarında çıxış edib.
Fanat.az