Avropa Liqasının II təsnifat mərhələsinin "Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya) matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı gürcü hakimlərə tapşırıb.
Görüşü Giorgi Vadaçkoriya idarə edəcək. İna Zaza Menteşaşvili və Giorgi Elikaşvili yardımçı olacaq. Dördüncü hakim funksiyasını Qoqa Kikaçeyşvili yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru rusiyalı Sergey Zuyev olacaq.
Fanat.Az