Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" son yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov yetirmələrini "Göztəpə" ilə oyunda sınayıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin qoluna 11-ci dəqiqədə Lorenzo imza atıb. "Götəpə" isə 55-ci dəqiqədə Tayfurun qoluna sevinib.
Xatırladaq ki, "Zirə" Boluda keçirdiyi ilk yoxlama oyununda "Qaziantep BB"-ni 1:0 hesabıyla məğlub etmişdi.
Fanat.az