"Zirə" Türkiyəyə yollanır

"Zirə" Türkiyəyə yollanır

"Zirə”nin yeni mövsümə hazırlıq planı məlum olub. Fanat.az xəbər verir ki, "qartallar” iyunun 20-də bir araya gələcək. 

Əvvəlcə komanda üzvləri, 2 gün müddətində tibbi müayinədən keçəcəklər. Məşqlərə isə iyunun 22-də start veriləcək.Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. "Qartallar” iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə” iki yoxlama oyununda da qüvvəsini sınayacaq.

İyulun 16-da "Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə gedəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər