Antalyada təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, təmsilçimiz Qırğızıstanın “Dordoy” (Bişkek) klubu ilə qarşılaşıb.
İlk yarıda asiyalılar 1:0 şesablı qələbə qazanıb. İkinci hissədə iki qol vuran "Zirə" qələbə qazanıb - 2:1. Əvvəlcə Milan Duriç bərabərliyi təmin edib. Ardınca isə Vüqar Mustafayev qələbə qolunu vurub.
"Zirə"nin baş məşqçi Ayxan Abbasov start heyətində bu futbolçulara yer verib: Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli, Elgün Nəbiyev.
Baş məşqçi ikinci yarıda Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzovu meydana buraxıb.
Qeyd edək ki, "Zirə" növbəti yoxlama oyununu yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubuna qarşı keçirəcək.
Fanat.Az