"Zirə" ilə oyunda uğursuz seriyaya son qoymaq lazımdır" - Vüqar Mustafayev

"Zirə" ilə oyunda uğursuz seriyaya son qoymaq lazımdır" - Vüqar Mustafayev

Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"ya uduzan (0:1) "Sumqayıt" mövsümdə 4-cü ardıcıl 3-cü məğlubiyyətini aldı. 7-ci turda evdə "Zirə" ilə üz-üzə gələcək "kimyaçılar"ın yarımmüdafiəçisi Vüqar Mustafayevlə əlaqə saxlayıb "qartallar"la matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şamaxı" ilə oyunda istədiymiz kimi çıxış edə bilmədik. Xüsusilə, erkən qol buraxdığımız üçün toparlana bilmədik. Rəqib də yaxşı təşkil olunmuş, möhkəm komandadır. Yaxşi müdafiə olundular. Əlimizə düşən azsaylı imkanlardan da yararlanmağı bacarmadıq. Düsünürəm ki, komanda olaraq düzgun reaksiya verə bilmədik. İstənilən halda, o oyun geridə qaldı. Artıq qarşıdakı matçlara baxmaq lazımdır. 

"Zirə" ilə oyunun da çətin olacağını gözləyirəm. Güclü, mövsümə yaxşı start vermiş komandadır. Doğma meydan amililindən yararlana bilerik. Düşünürəm ki, "Zirə" ilə oyunda azarkeşlərimiz qarşısında uğursuz seriyaya son qoymaq lazımdır".

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması sentyabrın 22-də keçiriləcək. Matçın start fiti 20:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər