"Zirə" Georgi Hacinin komandasıyla bacarmadı

"Zirə" Georgi Hacinin komandasıyla bacarmadı

“Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün son sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, "qartallar" Georgi Hacinin çalışdırdığı Rumıniya klubuyla - “Vitorul Konstanta” ilə qarşılaşıb.

 

Oyun Ayxan Abbasovun komandasının 1:2 hesablı yenilgisiylə başa çatıb. Orxan Əliyev 3-cü dəqiqədə hesabı açsa da, təmsilçimiz ikinci yarıda üstünlüyünü əldən verib. 

 

 “Zirə” bunadək Boluda Bakı “İnter”inə 2:0,  Kamerunun “Columbe Sportive” klubuna 8:0 hesabıyla qalib gəlmişdi.

Fanat.Az  

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər