"Zirə" daha bir legioneri heyətinə qatdı

"Zirə" daha bir legioneri heyətinə qatdı

"Zirə” daha bir legioneri heyətinə qatıb.

Fanat.Az "qartallar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü yarımmüdafiəçi Georgi Papunaşvili ilə 1+1 illik müqavilə imzalanıb .

28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, "Samtredia”, “Torpedo” (Kutaisi), Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 qol vurub.

Qeyd edək ki, "Zirə" daha əvvəl "Kəpəz"dən ayrılan Elçin Əlicanov və Martis Junioru heyətinə qatıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər