"Zirə" Boluda necə hazırlaşır?

"Zirə" Boluda necə hazırlaşır?

“Zirə” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, komanda Bolu hazırlığının 3-cü günündə iki dəfə məşq edib. Səhər məşqində “qartallar” əsasən dözümlülük üzərində çalışıb. 

Axşam məşqi bir qədər fərqli olub. Baş məşqçimiz Adil Şükürov taktiki-texniki çalışmalara üstünlük verib. Sonda isə ikitərəfli oyun keçirilib. “Qartallar” sabah istirahət edəcək. 

Növbəti gün isə "Zirə" Türkiyədəki ilk yoxlama oyunundan öncə son məşqini keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər