"Zirə" baş məşqçisiz qaldı

"Zirə" baş məşqçisiz qaldı

"Zirə" klubunun gənclər komandasında baş məşqçi ayrılığı reallaşıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar"ın 19 yaşadək futbolçulardan ibarət komandasının çalışdırıcısı Seymur Şəbiyev postundan istefa verib.

O, öz istəyi ilə komandadan gedib. 

AFFA Gənclər Liqasında yarışan "Zirə"nin U-19-u 12 turdan sonra 30 xalla hazırda 2-ci pillədədir. Qəsəbə təmsilçisi lider "Sabah"dan cəmi 1 xal geri qalır. Komanda qış fasiləsindən sonra ilk oyununu bu həftəsonu "Şamaxı"ya qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər