"Zirə" növbəti transferini reallaşdırmağa hazırlaşır. Fanat.az xəbər verir ki, Bakı klubu alban Gerhard Proqnini heyətinə qatır.
Bu barədə Albaniya mətbuatı məlumat yayıb. Həmyerlilərimizin iddiasına görə, "Şkenderbeu"nun 29 yaşlı yarımmüdafiəçisi ilə “Zirə” 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Gerhard Proqni 2015/16 mövsümündə "Şkenderbeu"nun heyətində 53 oyun keçirib və 8 qol vurub. "Transfermarkt"ın 375 min avro qiymət qoyduğu futbolçu əvvəllər Albaniyanın "Partizani", "Besa", "Dinamo", "Flamurtari" və "Kukesi" klublarında oynayıb. "Zirə"nin yeni transferi Albaniyanın U-19 və U-21 yığmalarında oynayıb.
Fanat.az