"Yenə öz meydanımızda uduzmadıq, seriyamızı davam etdirdik" - Ayxan Abbasov

"Yenə öz meydanımızda uduzmadıq, seriyamızı davam etdirdik" - Ayxan Abbasov

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün diğma meydanda "Neftçi"ylə 2:2 hesablı heç-heçə edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Azarkeşlər üçün maraqlı oyun oldu. Yenə də öz meydanımızda uduzmadıq. Seriyamızı davam etdiririk. Məncə, xala layiq idik. Rəqibimiz formada idi. Yaxşı xallar qazanıblar, iddialıdılar. Son dəqiqələrdə ən çox qol buraxan bəlkə də bizik, amma qol da vurduq.  “Qarabağ”la kubok oyunundan əvvəl belə tempdə oyun bizə təsir edəcək, çətin olacaq. Bu qısa oyunları oynamalıyıq. Dünyanın hər yerində belədir. Sünidə məşq etməyimiz, oynamağımız çətindir. Amma iddialıyıq". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər