"Şahdağ Qusar" yeni transfer reallaşdırdı

"Şahdağ Qusar" yeni transfer reallaşdırdı

"Şahdağ Qusar" heyətini yeni oyunçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi "Səbail"in yetirməsi Ədilxan Qarəhmədovla anlaşıb. Hazırda "Şəfa" klubunda çıxış edən yarımmüdafiəçi paytaxt klubundan icarəyə götürülüb. 25 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Şahdağ Qusar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Qarəhmədov 2024/2025 mövsümündə "Şahdağ Qusar"ın heyətində Azərbaycan II Liqasının qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər