"Saa dedim, "Zirə"nin oyununa vur"- ÇAYXANA SÖHBƏTİ

"Saa dedim, "Zirə"nin oyununa vur"- ÇAYXANA SÖHBƏTİ
Çayxana o çayxanaydı... Qarabağlı Mıdının “Xudmani”si. Köhnə futbol azarkeşlərinin – Fanat.Az-ın oxucularının yaxşı tanıdığı ağdamlı qaqaların adətən əyləşdiyi masada Beyləqan uşaqları yer almışdı – tərəkəmələr. Ordan-burdan danışdılar, yenə fırlanıb gəldilər başıbəlalı Azərbaycan futboluna...
- Mosu, dördüncü çayniki içeriy eee. Pulun sən verəjəhsən.
- Mən niyə?
- Peyğəmbər haqqı məndə pul yoxdu.
- Nenədin bə üş yüz maatı?
- “Topaz”da getdi...
- Boyunu yerə soxum, saa dedim “Zirə”nin oyununa vur... Gördün nətər gəldi?
- Yekələr?
- Yox. “Zirə”nin uşaxları. 19 yaşdılar. Taymının 1:0 qutarajağına 50 min vuran oluf.
- “Topaz” 19 yaşdıları götümür axı...
- Ə, “qara bazar”da camahat qızıl qırır. “Topaz” hərriyən var? Əlinə 5 maat düşəndə səy Güldəstə kimi sümüyün şırtığa geder. Gələn dəfə heylə oyun olanda saa qavaxdan dəəjəm.
- Bə birdən udmasam?
- Udassan, narahat olma. Məşqçilər özdəri də şot atır. Hələ futbolçular da.
- Atax, nə deyirəm. On toğlu satıf, vurajam getsin eee. Amma qağama demə ha.
- Demiyəjəm.
- Peyğəmbər haqqı desən, mən də gedif sənin qağana kələni özün oğurradığını dəəjəm.
- Nə kələ,ə ?Bizim qapıdan ikimiz aşdığımızı deyirsən?
- Hə.
- Sən öl, qağam ikimizin də təpəsin lafıtkaynan əzər.
- Amma yaman apardıx ha, lotu.
- Ürəyimi yemişdim e. Ha-ha!
- Maa bax görüm. Dişinə baxım...
- Hayn.
- Deyirəm,dişinə baxım.
- Ə ayna tullan. Məzə çırtdadırsan?
- Dədəmin goru haqqı, yox. Dişin qırılıf?
- Hə. Çomağı mala atdım,qayıtdı ağzımın üstünnən dəydi.
- Pulu udanda verəjəm, düzəltdirərsən. Toğlular köhdü, e. Tayanın üstünə buraxmışam ,yeyif səmriyiflər.
- Həqqidən, bavatdılar?
- Elliyi min manıt eliyər... Hələ çox eliyər. Min iki yüz, zad.
- Bax o min manıtın beşcə min olajax.
- Olmasa?
- Qağamın canı olajax. Bizim uşax futbolunda kankret qumar gedir. Axlın oldusa, yazdınsa, udorsan. Çayını iş, durax. Gədə avtovağzala gələjəh, telfunun pulun verəjəm.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər