"Real Madrid" Konate ilə bağlı qərarını dəyişdi - SON DURUM

"Real Madrid" Konate ilə bağlı qərarını dəyişdi - SON DURUM

"Real Madrid" "Liverpul"un müdafiəçisi İbrahima Konateni transfer etmək fikrindən daşınıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Mənbənin məlumatına görə, İspaniya nəhənginin rəhbərliyi fransalının transferində maraqlı olmadıqlarını "Liverpul" rəhbərliyinə çatdırıb. Halbuki, Madrid klubunun futbolçunu yayda azad agent kimi heyətinə qatmaq istədiyi deyilirdi. Eyni zamanda, İngiltərə çempionunun rəhbərliyi futbolçunun müqaviləsinin uzadılmasında qərarlı olduğunu bildirib. 

26 yaşlı Konate bu mövsüm "Liverpul" un heyətində 18 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər