"Qırmızı" olmadı, vərəqə sayında orta göstərici aşağı düşdü - Hakimliyin mənzərəsi

"Qırmızı" olmadı, vərəqə sayında orta göstərici aşağı düşdü - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 23 tur geridə qalıb. Keçirilən 137 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 15 hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, Rəşad Əhmədov, İnqilab Məmmədov, Əli Əliyev və Vüqar Həsənli oyun idarə edib.

Əliyar Ağayevin bu turda baş hakim kimi təyinat alması Fərid Hacıyevin bir turluq vahid liderliyinə son verilməsinə şərait yaradıb. Beləliklə, idarəçilik baxımından ikihakimiyyətlik yaranıb. Həm Ağayev, həm də Hacıyev 23 turdan 13-də iş başında olub.  Hesablarında 12 oyun olan Kamal Umudlu, Rauf Cabarov və Cavid Cəlilov yeni liderin ən yaxın izləyiciləridir. 

23-ci turda heç bir futbolçuya qırmızı vərəqə göstərilməyib. Hakimlər cari turda cəmi 18 vərəqədən istifadə ediblər. Vərəqələrdən cəmi 4-ü meydan sahiblərinə, 14-ü isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 253 sarı (12 qırmızı) - 288 sarı (6 qırmızı). 

Beləliklə, 23 turun yekununda sarı vərəqə sayı 541-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 18 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 559-a bərabər olub. Bu da orta hesabla hər turda 24, hər oyunda 4,08 vərəqə deməkdir. Göründüyü kimi, son turda vərəqə sayı çempionatın geridə qalan bölümündəki orta göstəricidən aşağı olub. 

İyirmi üçi tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu hərəsi 54 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir. 

Əliyar Ağayev - 13 oyun

meydan sahibi     31 sarı     5 qırmızı qonaqlar              34            1 cəmi:                   65            6

Fərid Hacıyev - 13 oyun

meydan sahibi   28   1  qonaqlar            15    0 cəmi:                  43   1

Kamal Umudlu - 12 oyun

meydan sahibi    23    3 qonaqlar    28    0 cəmi:    51   3

Cavid Cəlilov - 12 oyun

meydan sahibi    17    1 qonaqlar             23    1 cəmi:                  40     2

Rauf Cabarov -  12 oyun

meydan sahibi    20    0 qonaqlar    24   1 cəmi:    44    1

Rəşad Əhmədov - 11 oyun

meydan sahibi    17    0 qonaqlar    31    1 cəmi:   48    1

Tural Qurbanov - 11 oyun

meydan sahibi 25    1 qonaqlar    23    0 cəmi:    48    1

Elçin Məsiyev - 10 oyun

meydan sahibi    22    0 qonaqlar             21    1 cəmi:                  43    1

İnqilab Məmmədov -  10 oyun

meydan sahibi  16   0 qonaqlar    21    0 cəmi:    37    0

Rəvan Həmzəzadə - 9 oyun

meydan sahibi    18    0 qonaqlar    19    1 cəmi:    37    1

Kamranbəy Rəhimov - 9 oyun

meydan sahibi  10    0 qonaqlar    20    0 cəmi:   30    0

Əli Əliyev - 7 oyun

meydan sahibi  10    1 qonaqlar    13    0 cəmi:   23    1

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0 qonaqlar    4    0 cəmi:    13    0

Vüqar Həsənli - 3 oyun

meydan sahibi  3    0 qonaqlar    5    0 cəmi:    8    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0 qonaqlar    6    0 cəmi:    10    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər