"Qalatasaray"ın ulduzu yenə sıradan çıxdı

"Qalatasaray"ın ulduzu yenə sıradan çıxdı

Türkiyə nəhəngi "Qalatasaray"ın mövsümün əvvəlində "Monako"dan heyətinə qatdığı Vilfrid Sinqo qısa müddətdə ikinci dəfə ciddi zədələnib.

Fanat.Az xəbər verir ki, "Liverpul"la matçdakı performansından sonra Avropada diqqətləri üzərinə çəkən Fil Dişi Sahili millisinin üzvünün durumu klubun bütün planlarını pozub.

Onun sol arxa əzələsində qansızma aşkarlandığı üçün təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

"Sarı qırmızılılar" mövsümün əvvəlində yarımmüdafiəçini 30 milyon avroya transfer edib. Bundan əlavə Sinqonun müqaviləsində 60 milyon avro qarşılığında sərbəstqalma maddəsi də əks olunub. 

Qeyd edək ki, Sinqo bu mövsüm "Qalatasaray" forması ilə 10 oyunda iştirak edib və 1 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər qüvvədədir.

Kamil

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər