"Qalatasaray"da çətin günlər: zədələr və mərc qalmaqalı

"Qalatasaray"da çətin günlər: zədələr və mərc qalmaqalı

"Qalatasaray"da son bir ay ərzində yaşanan hadisələr komandanın heyət dərinliyi və planlamasına ciddi təsir edib. 

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılar" həm zədələr, həm də cəza xəbərləri ilə sarsılıb.

İlk olaraq komandanın yeni transferi İlkay Gündoğan zədələnərək bir müddət meydana çıxa bilməyəcək. Ardınca Yunus Akgün əməliyyat olunub və uzunmüddətli bərpa prosesinə başlayıb. Kaan Ayhan isə Türkiyə millisinin heyətində forma geyinərkən zədələnib.

Mərkəz müdafiəçilərindən Abdülkerim Bardakcı zədə səbəbindən son məşqdə iştirak etməyib. Komandanın əsas  hücumçusu Viktor Osimhen də Nigeriya milli komandasının oyununda zədələnərək oyunu yarımçıq tərk edib.

Məşq prosesində Berkan Kutlu da zədə alaraq sıradan çıxıb. Digər tərəfdən, Eren Elmalı və Metehan Baltacı haqqında yayılan mərc iddiaları fonunda hər iki futbolçu cəzalı duruma düşüb və komandadan kənarlaşdırılıb.

"Qalatasaray" rəhbərliyi bütün bu itkilərin yaratdığı boşluqları qısa müddətdə doldurmaq və komandanın ritmini qorumaq üçün fəaliyyətini davam etdirir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər