"Qalatasaray" - "Liverpul" matçının ən yaxşısı seçildi

"Qalatasaray" - "Liverpul" matçının ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasında "Qalatasaray" və "Liverpul" arasında keçirilən matçın ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, Türkiyə nəhənginin yarımmüdafiəçisi Mario Lemina mükafata sahib çıxıb. 

UEFA Texniki Müşahidəçilər Qrupunun açıqlamasında deyilir: "Onun müdafiəyə verdiyi töhfə möhtəşəm idi və çətinliklərdə yüksək intensivlik nümayiş etdirdi. Leminanın qolu təkcə nəticə baxımından deyil, həm də matçın dinamikasını dəyişdirmək baxımından həlledici oldu". 

Qeyd edək ki, 1/8 finalın ilk oyunu Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Liverpul" və "Qalatasaray" arasında cavab oyunu martın 18-də "Enfild"də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər