I divizionda XI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.
Son dövrlər uğurlu çıxış edən "Turan Tovuz" Bakıda "Şuşa"ya uduzub - 0:1. "Qaradağ Lökbatan" rəqib meydanında MOİK-i 3:0 hesabı ilə darmadağın edib. "Şahdağ" "Göyəzən"i 3:1, "Ağsu" "Mil-Muğan"ı 4:0 hesabı ilə ududub.
İkinci oyun günündə son 4 matç baş tutub. "Neftçala" "Kəpəz"i 3:0 hesabı ilə darmadağın edib. "Rəvan" "Energetik"dən üstün olub - 3:1. "Şəmkir" isə səfərdə "Lokomotiv"i 1:0 hesabı ilə yenib.
Tura “Zirə” - “Bakılı” oyunu ilə yekun vurulub. Meydan sahibləri 3:1 hesablı qələbə qazanaraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəliblər.
I divizion
2014/15 mövsümü
I dövrə, XI tur
13 noyabr
MOİK - Qaradağ Lökbatan 0:3
Qollar: Sərxan Ağayev, 33. Rüfət Məmmədov, 34. İlham Allahverdiyev, 69.
Göyəzən - Şahdağ 1:3
Qollar: Elnur Kosayev, 20 - Osman Osmanov, 19. İsabala İsrafilov, 42. Emin Əmiraslanov, 83.
Ağsu - Mil-Muğan 4:0
Qollar: Tural Rzayev, 29. Əbülfət Abbasov, 64. Anar Hacıyev, 68 (avtoqol). Vüqar Həsənzadə, 90.
Şuşa - Turan Tovuz 1:0
Qol: Morteza Heydari, 38.
14 noyabr
Lokomotiv - Şəmkir 0:1
Qol: Anar Rzayev, 75.
Neftçala - Kəpəz 3:0
Qollar: Vaquf Güləliyev, 43; 69. Aqşin Həşimov, 45+1.
Rəvan - Energetik 3:1
Qollar: Amil Yunanov, 41. Elgün Abbaslı, 75. Əli Bağırov, 77 - Elvin Əlizadə, 18.
Zirə - Bakılı 3:1
Qollar: Əliağa Xudiyev, 12. Qvanzan Maqamedov, 49. Fərid Bağırov, 65 - Asif Zeynalov, 80.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 11 | 8 | 2 | 1 | 25-4 | 26 | |
| 2 | Rəvan | 11 | 8 | 2 | 1 | 26-8 | 26 | |
| 3 | Qaradağ Lökbatan | 11 | 8 | 2 | 1 | 16-3 | 26 | |
| 4 | Ağsu | 11 | 8 | 1 | 2 | 26-9 | 25 | |
| 5 | Turan Tovuz | 11 | 7 | 1 | 3 | 24-8 | 22 | |
| 6 | Zirə | 11 | 6 | 3 | 2 | 17-7 | 21 | |
| 7 | Şuşa | 11 | 6 | 1 | 4 | 20-10 | 19 | |
| 8 | Şahdağ | 11 | 4 | 5 | 2 | 12-9 | 17 | |
| 9 | Kəpəz | 11 | 4 | 3 | 4 | 13-9 | 15 | |
| 10 | Bakılı | 10 | 4 | 1 | 5 | 20-16 | 13 | |
| 11 | Energetik | 11 | 2 | 2 | 7 | 12-25 | 8 | |
| 12 | Lokomotiv | 11 | 2 | 1 | 8 | 7-16 | 7 | |
| 13 | Şəmkir | 11 | 1 | 3 | 7 | 7-25 | 6 | |
| 14 | Mil-Muğan | 10 | 2 | 0 | 8 | 4-27 | 6 | |
| 15 | MOİK | 11 | 1 | 2 | 8 | 5-24 | 5 | |
| 16 | Göyəzən | 11 | 1 | 1 | 9 | 5-40 | 4 | |
|
Bombardirlər | Morteza Heydari (Şuşa) - 7. Qalib Əmrahov (Ağsu), Asəf Zeynalov (Bakılı), İlham Allahverdiyev (Qaradağ L), Aslan Hüseynov (Zirə), Rəşad Piriyev (Lokomotiv), Ramil Əliyev (Bakılı), Ramil Həşimzadə (Kəpəz) - 6. | |||||||
Fanat.az