"Messi var olduğu müddətcə Argentina favoritdir" - Almaniyalı əfsanə

"Messi var olduğu müddətcə Argentina favoritdir" - Almaniyalı əfsanə

Almaniyalı hücumçu Tomas Müller Lionel Messinin Argentinaya yenidən dünya çempionatında uğur qazandıra biləcəyinə inanır. 

Fanat.Az xəbər verir ki, "Inter Miami News Hub" hazırda "Vankover"də oynayan ulduz forvardın fikirlərini belə təqdim edib:

"Messi var olduğu müddətcə Argentina həmişə titul uğrunda iddialı hesab ediləcək. 2022-ci ildə o, resurslarını mükəmməl idarə etdi: enerjisini qorudu və həlledici anlarda parladı. Onun yoxluğu güc balansını kökündən dəyişdirəcək".

2022-ci ildə "Albiseleste" DÇ-nin qızıl medalını əsasən Messinin parlaq oyunları sayəsində qazanıb. "İnter Mayami"nin hücumçusu qarşıdakı turnirdə 39 yaşına çatacaq. DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər