"Mançester Yunayted"dən radikal qərar - 11 futbolçu göndərilir

"Mançester Yunayted"dən radikal qərar - 11 futbolçu göndərilir

"Mançester Yunayted" heyətində təmizləmə aparacaq. 

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi islahatı yayda həyata keçirəcək.

İnformasiyanı “The Sun” yayıb. “Transfer News Live”-in də təsdiqlədiyi məlumata görə, “qırmızı şeytanlar”ın idarə heyəti 11 futbolçu ilə ayrılmağa qərar verib. "Qara siyahı"ya bu adlar daxildir: Brunu Fernandeş, Kobbi Maynu, Markus Raşford, Manuel Uqarte, Kazemiro, Rasmus Höylunn, Ceydon Sanço, Altay Bayındır, Harri Maquyr, Tirell Malasia və Coşua Zirkzee. 

Klub əldə olunan gəliri heyətin tamamilə yenidən qurulmasına və problemli mövqelərin – müdafiənin və yarımmüdafiənin mərkəzinin gücləndirilməsinə sərf etməyi planlaşdırır. 

"Mançester Yunayted" Premyer Liqada 12 turdan sonra onuncu yerdədir. Ruben Amorimin komandası bazar günü Londonda "Kristal Pelas"la qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər