"Mançester Siti" Qvardiolasız iki oyun keçirəcək - SƏBƏB

"Mançester Siti" Qvardiolasız iki oyun keçirəcək - SƏBƏB

"Mançester Siti" İngiltərə Kubokunun 1/8 final mərhələsində "Nyukasl" üzərində qələbə qazansa da (3:1), matç Pep Qvardiola üçün emosional alınıb. 

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bunun üçün bədəlini ödəyib.

O, 54-cü dəqiqədə daxili yarışlarda altıncı dəfə sarı vərəqə alıb. İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə, Qvardiola indi iki oyunu buraxmaq məcburiyyətində qalıb. O, 14 martda Premyer Liqada "Vest Hem"lə matçda və növbəti kubok matçında texniki zonada əyləşə bilməyəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər