"Komandam taktiki cəhətdən yaxşı oynadı" - Jorje Kaşkilya

"Komandam taktiki cəhətdən yaxşı oynadı" - Jorje Kaşkilya

Bu gün Misli Premyer Liqasında XVII turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, açılış oyunu Qubada reallaşıb. "İmişli" "Qarabağ"ı qonaq edib. 

Meydan sahiblərinin çalışdırıcısı Jorje Kaşkilya 0:1 hesabı ilə uduzduqları oyundan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Çətin və gərgin mübarizəli oyun alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdik. Komandamın taktiki cəhətdən yaxşı oyun sərgilədiyini vurğulamaq istəyirəm. "Qarabağ"ın hücum xəttinin qarşısını qətiyyətlə ala bilirdik. İlk yarıda rəqibin cinah həmlələrinin qarşısını ala bilirdik. İkinci hissədə bu baxımdan müəyyən çətinlik çəkdik. Birəbir mübarizədə buraxdığımız səhvdən sonra qapımızda qol gördük. Amma komandanın oyunundan razı qaldım. Məğlubiyyət futbolun bir hissəsidir, uda da bilərsən, uduza da". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər