"Fənərbağça" irlandiyalı forvardı istəyir

"Fənərbağça" irlandiyalı forvardı istəyir

“Fənərbağça” hücumçu Troy Parrotun transferi üçün “AZ Alkmaar”la danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, Niderland klubu 23 yaşlı irlandiyalı forvardın satışından 25 milyon avro qazanmaq istəyir.

Parrot bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkib. Gənc hücumçu 14 matçda 13 qol və 2 məhsuldar ötürmə ilə çıxış edərək Avropanın bir çox klubunun marağına səbəb olub.

“Fənərbağça”nın yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər