"Benfika" qışa rekord büdcə ilə girir

"Benfika" qışa rekord büdcə ilə girir

"Benfika" qış transfer pəncərəsində böyük addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Portuqaliya nəhəngi baş məşqçi Joze Mourinyunun tələbləri əsasında yanvar üçün 200 milyon avroluq büdcə ayırıb.

Məlumata görə, Mourinyunun rəhbərliyə təqdim etdiyi transfer siyahısı artıq təsdiqlənib və klub heyətdə ciddi gücləndirmələr etməyə hazırdır.

Mourinyunun istəkləri əsasında müdafiə xəttinin möhkəmləndirilməsi, yarımmüdafiədə kreativliyin artırılması və hücum xəttinə ən azı bir aparıcı futbolçunun gətirilməsi planlaşdırılır. Transfer fəaliyyətinin qısa müddətdə başlanacağı gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər