"Benfika" Arseni Bataqov üçün hərəkətə keçdi

"Benfika" Arseni Bataqov üçün hərəkətə keçdi

Joze Mourinyunun çalışdırdığı "Benfika" "Trabzonspor"un ukraynalı mərkəz müdafiəçisi Arseni Bataqovu transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, "Sabah" qəzetinin məlumatına görə, "Trabzonspor" Bataqovu ötən mövsümün əvvəlində 1.83 milyon avroya transfer etmişdi.

Gənc müdafiəçinin hazırkı bazar dəyəri isə 7 milyon avro olaraq göstərilir.

Portuqaliya nəhəngi müdafiə xəttini gücləndirmək üçün futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər