"Barselona"da fikir ayrılığı: Yamal Fliki əvəzləyəcək bu məşqçinin gəlişinə etiraz etdi

"Barselona"da fikir ayrılığı: Yamal Fliki əvəzləyəcək bu məşqçinin gəlişinə etiraz etdi

İspaniya mətbuatı "Barselona"nın Hans-Diter Fliklə yollarını ayıracağı halda, onu əvəz edəcək məşqçi ilə bağlı müxtəlif variantlar səsləndirir. 

Fanat.Az xəbər verir ki, bu mövsüm qeyri-sabit nəticələrinə görə təzyiq altında olan alman baş məşqçinin yerinə əsas namizədlərdən biri kimi  əvvəllər də Kataloniya klubunda çalışmış PSJ-li Luis Enrikedir. 

Ancaq "El Nacional"-ın verdiyi məlumata görə, “Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal ispaniyalının namizədliyini dəstəkləmir. O, bununla bağlı mövqeyini rəhbərliyə çatdırıb. 

Luis Enrike 2023-cü ildən PSJ-nin baş məşqçisidir. O, 2014-2017-ci illərdə isə "Barselona"ya rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər