"Astra" - "Zirə" oyununda belaruslular

"Astra" - "Zirə" oyununda belaruslular

“Astra” – “Zirə” oyununu idarə edəcək hakimlər briqadası bəllidi. Fanat.Az xəbər verir ki,  Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq görüş belaruslu ədalət təmsilçilərinə həvalə edilib.

 

Referi Sergey Sinkeviçə yan xətt hakimləri - Vitali Malyutin və Yevgeni Romanov kömək edəcək.  4-cü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviçi” stadionunda keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər