"Arsenal" 21-ci əsrin rekorduna imza atdı

"Arsenal" 21-ci əsrin rekorduna imza atdı

"Arsenal" İngiltərə Kubokunda "Viqan"ı 4:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, londonlular darmadağını ilk 30 dəqiqədə reallaşdırıb. 

"Opta Sports"-un məlumatına görə, "topçular" 1992/93 mövsümündən bəri kubok oyununun ilk 30 dəqiqəsində dörd qol vuran ilk Premyer Liqa komandası olub.

"Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" London klubundan dörd xal geridə qalaraq ikinci yerdədir. Mikel Artetanın komandasının növbəti oyunu bu həftəiçi "Vulverhampton" ilə olacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər