"Antalyaspor"un müdafiəçisi "Zirə"də

"Antalyaspor"un müdafiəçisi "Zirə"də

"Zirə" baxışa yeni futbolçu çağırıb. Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, kamerunlu Josef Bum "qartallar"ın Boludakı təlim-məşq toplanışında iştirak edir.

 

Mərkəz müdafiəçisi dünən "İnter"lə yoxlama matçında da iştirak edib. Bum son zamanlar oynamadığı üçün baxışa dəvət olunub. Futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpusu yoxlama görüşlərindən sonra verəcək.

 

Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. O, karyerası ərzində "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarda top qovub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər