Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir. Fanat.az xəbər verir ki, komanda daha bir futbolçu ilə güclənib.
"Zirə" portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.
“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın U-16, U-17, U-18, və U-21 yığma komandalarında çıxış edib. "Vitoriya" 2011/12 mövsümündə onu "Kasa Pia", 2013/14 mövsümündə "Santa Klara" klublarına icarəyə verib.2015/16 mövsümündə 13 rəsmi oyuna çıxan futbolçu 698 dəqiqə oynayıb. "Transfermarkt" ona 300 min avro qiymət qoyub.

Fanat.az