Pepe rekordunu qorudu, Luis ikinci oldu

Pepe rekordunu qorudu, Luis ikinci oldu

“Pafos”un braziliyalı müdafiəçisi David Luis Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Fanat.Az xəbər verir ki, 38 yaş 218 günlü futbolçu “Monako” ilə qarşılaşmada vurduğu qolla turnir tarixində ən yaşlı ikinci qol müəllifi kimi qeydə alınıb.

Turnirin tarixində ən yaşlı qol vuran futbolçu isə hələ də “Portu”nun kapitanı Pepedir. Portuqaliyalı müdafiəçi 40 yaş 290 günlük ikən Çempionlar Liqasında fərqlənərək rekordun sahibi olmuşdu.

Qeyd edək ki, "Pafos" – "Monako" görüşü 2:2 hesabı ilə nəticələnib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər