"Roma"nın italiyalı yarımmüdafiəçisi Lorentso Pelleqrini bu yay komandasını dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, o, İngiltərənin Premyer Liqa klublardan birinə keçəcəyi gözlənilir. 29 yaşlı futbolçunun "Dumanlı Albion"da qüvvəsini sınamağa isti yanaşdığı bildirilir.
“Roma” gələn yay azad agentə çevrilə biləcək yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağa tələsmir.
"Transfermarkt" Lorentsonun transfer dəyərini 9 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Lorentso Pelleqrini ötən mövsüm "Roma" klubunun heyətində İtaliya çempionatında 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa