Natan Ake uğrunda mübarizə başladı

Natan Ake uğrunda mübarizə başladı

“Yuventus”, “İnter” və “Kristal Pelas” qış transfer pəncərəsində “Mançester Siti”nin müdafiəçisi Natan Akeni heyətinə qatmaq istəyir.

Fanat.Az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, hər üç klub artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslar qurub.

“Yuventus” və “İnter” müdafiə xəttində rotasiyanı gücləndirmək niyyətindədir, “Kristal Pelas” isə Premyer Liqa təcrübəsinə malik lider oyunçu axtarır.

Pep Qvardiolanın komandasında bu mövsüm əsas heyətdə az şans qazanan holland futbolçunun gələcəyi barədə qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər